AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Almaniya yığmasında itki baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Benyamin Henriks millimizlə görüşü buraxmalı olacaq.
Buna səbəb “Bayer”in oyunçusunun səhhətində problem yaranmasıdı. Məlumatı Leverkuzen klubunun baş məşqçisi Hayko Herrlix də təsdiqləyib. O, boğaz ağrısına görə həkim nəzarətində olan futbolçunun yığmasına kömək edə bilməyəcəyini deyib.
Bundestimin baş məşqçisi Ştefan Kunts 20 yaşlı futbolçunun Azərbaycanla sabahkı matçı buraxıb, noyabrın 14-də İsraillə qarşılaşmaya yetişməsinə ümid edirdi. Lakin həkimlər müdafiəçinin həmin görüşə qədər də hazır olmayacağını bildiriblər.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də zədəli olduğu üçün Almaniya ilə oyunun heyətində çıxarılıb. Onun noyabrın 14-də Kosovo ilə matçda iştirakı isə sual altındadı.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”