[b]Almaniyalı hakim Azərbaycanda üzləşdiyi gülməli hadisəni danışdı[/b]
18.04.2018 - 11:23
[b]Almaniyalı hakim Azərbaycanda üzləşdiyi gülməli hadisəni danışdı[/b]

Almaniyalı hakim Mixael Emmer yerli mətbuata müsahibə verib. Apasport.az saytı xəbər verir ki, 47 yaşlı referi karyerasında üzləşdiyi gülməli hadisələrdən bəhs edib.

 

Maraqlıdı ki, Emmer Azərbaycana səfərini də xatırlayıb. Belə ki, 1999/2000 mövsümündə UEFA Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən “Şəmkir” – “Krivbas” (Ukrayna - 0:2) görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirmiş almaniyalı onu təəccübləndirən olaydan danışıb.

 

Emmer 1999-cu il avqustun 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşün əvvəlindəki dialoqu yada salıb və ölkəmizdə onunla zarafat etdiklərini bildirib: “Azərbaycanda məmurlardan birinin nə üçün qapının arxasına oturacaq qoyub əyləşdiyini soruşdum, cavabları belə oldu: “Toru qorumaq üçün”.

 

Qeyd edək ki, Mixael Emmer yan xətt hakimi kimi UEFA Kubokuna, beynəlxalq turnirlərə təyinat alıb. Hazırda isə aşağı liqalarda karyerasını davam etdirir.