Ana Mariya Prodan: Rednik “Xəzər Lənkəran”a gələsi olmadı...
01.05.2014 - 14:49
Ana Mariya Prodan: Rednik “Xəzər Lənkəran”a gələsi olmadı...

“Düzdü, “Xəzər Lənkəran”la danışıqlar olub. Amma indi bu barədə danışmağın əhəmiyyəti yoxdur. Çünki tərəflər arasında danışıqlar dayandırılıb”. Bu sözləri apasport.az saytına açıqlamasında rumıniyalı menecer Ana Mariya Prodan deyib.

 

Prodan bildirib ki, yaxın münasibətdə olduğu tanınmış məşqçi Mirça Rednikin “Xəzər Lənkəran”a qayıdışı baş tutmaya bilər. O, bunu Rednikin başqa klubdan təklif alması ilə əlaqələndirib: “Səbəbini bilmirəm, amma “Xəzər Lənkəran” danışıqları dayandırıb. Onlar Rednikin özü ilə danışırdılar. Əgər hansısa komanda bir məşqçini istəyirsə, onunla sona qədər danışıq aparmalıdır. Amma “Xəzər Lənkəran” bunu etmədi. Biz indi gözləyə bilmərik. Çünki başqa ölkələrdən də təklif var. Artıq onları dəyərləndirməyə başlayacağıq”.