[b]Ançelotti İtaliya yığmasından imtina etdi[/b]
04.12.2017 - 12:06
[b]Ançelotti İtaliya yığmasından imtina etdi[/b]

Karlo Ançelotti İtaliya yığmasının “sükanı arxası”na keçməyəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu təcrübəli mütəxəssis özü bildirib.

 

O deyib ki, federasiya rəsmiləri baş məşqçi vəzifəsini təklif etsə də, buna razılıq verməyib: “Federasiya nümayəndələri danışıq aparmaq üçün mənimlə görüşdülər. Onlara dediyim sözləri sizə də təkrar edirəm. Çoxlarının məni yığmanın “sükanı arxası”nda görmək istəməsi qürurvericidi. Ancaq klubun məşqçisinin işi millinin başındakı işdən fərqlənir. Mən hələ də gündəlik həyəcanı yaşamaq istəyirəm. Üstəlik, İtaliya futbolunda federasiya ilə klublar arasında həll edilməli olan problemlər var”.

 

Qeyd edək ki, İtaliya yığması dünya çempionatından kənarda qaldığı üçün Canpyero Ventura ilə yollarını ayırıb.