[b]Andrea Pirlo yığmamıza qarşı oynayacaqmı?[/b]
24.09.2014 - 15:30
[b]Andrea Pirlo yığmamıza qarşı oynayacaqmı?[/b]

“Bizi qarşıda çətin oyunlar gözləyir. Amma heyət hələ də müəyyənləşdirilməyib. Komandamızın qapısı hər kəsin üzünə açıqdı”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte yerli mətbuata açıqlamasında deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycanla üz-üzə gələcək “Skuadra Adzura”nın çalışdırıcısı zədəli Daniel de Rossi və Andrea Pirlo haqqında danışıb: “Onlar Azərbaycanla oyuna qədər sağalsa, meydanda ola bilər. Siz Rossi, Pirlo və Marko Verattini eyni vaxtda meydanda görmək istəyirsiniz. Bu, baş verə bilər. Amma bunun üçün onlar zədələrini sağaltmalı və heyətə qayıtmalıdırlar. Mən millinin qapısını heç kəs üçün bağlamamışam və kim layiq olacaqsa, siyahıda yerini alacaq. Azərbaycan və Malta ilə oyunlara ciddi hazırlaşırıq. Heyəti müəyyənləşdirərkən ən yaxşılara yer verəcəm”.

 

Qeyd edək ki, İtaliya – Azərbaycan görüşü oktyabrın 10-da Palermo şəhərindəki “Rentso Barbera” stadionunda keçiriləcək.