“Ötən ay Azərbaycan yığması ilə oyunda 4-4-2 taktiki sxemindən yararlandıq və bunun xeyrini gördük”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.
Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə mərhələsində eyni qrupda mübarizə aparan və final mərhələsinə vəsiqə qazanan “Skuadra Adzurra” noyabrın 13-də Belçika ilə yoldaşlıq görüşü keçirib və 1:3 hesabı ilə məğlub olub.
Konte bu yenilgini problemə çevirmədiklərini söyləyib: “Norveçlə qarşılaşmada 3-5-2-dən yararlandıq. Lakin yenidən 4-4-2-yə qayıtdıq. Çünki həm Azərbaycan, həm də 4-4-2 taktikası ilə çıxış etdiyimiz digər görüşlərdə daha baxımlı futbol sərgilədiyimizi gördük. 3-5-2 sistemini alternativ variant hesab etmirik. Çünki belə oynayanda komanda hücuma daha çox aludə olur və müdafiədə boşluqlar yaranır. Bu o demək deyil ki, İtaliya yığması müdafiə futbolu göstərəcək. Biz bunu dəyişmək istəyirik. Artıq oyuna diktə edən və hücuma daha çox atılan tərəf olmaq istəyirik. Avropa çempionatına qədər də yoldaşlıq görüşlərində bu sistemi oturtmağa çalışacağıq. Yoldaşlıq oyunları üçün güclü rəqib seçirik ki, istəyimizi daha tez reallaşdıraq”.
Qeyd edək ki, İtaliya yığması bu gün növbəti yoldaşlıq görüşündə Rumıniyanı qəbul edəcək. İtalyanlar seçmə mərhələdə millimizlə görüşlərdə müvafiq olaraq 2:1 və 3:1 hesablı qələbə qazanmışdılar.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI