“Qarabağ”ın müdafiəçisi Ansi Aqillinin formasını geyindiyi Albaniya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, albanlar Gürcüstan millisi ilə qarşılaşıblar.
Kaxaber Sxadadzenin baş məşqçisi olduğu Gürcüstan yığması AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanan rəqibi ilə görüşə fəal başlayıb. Artıq 2-ci dəqiqədə Quram Kaşianın qolu ilə hesabı açan gürcülər 53-cü dəqiqədə fərqi 2 topa çatdırıblar. Bu dəfə Giorgi Çanturia fərqlənib.
Lakin özündə güc tapan meydan sahibləri son dəqiqələrdə 2 qol vuraraq məğlubiyyətdən qaçıblar – 2:2. Əvvəlcə 89-cu dəqiqədə Vullnet Başa, qarşılaşmaya əlavə olunmuş 4-cü dəqiqədə isə Sokol Çikalleşi adını tabloya yazdırıb.
Meydançaya start heyətində daxil olan Aqolli 90 dəqiqəni əvəz edilmədən keçirib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI