[b]Araz Abdullayev üçün 75 dəqiqə[/b]
03.12.2017 - 22:05
Kiprin I Divizionunda XIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi “NEA Salamis”i qonaq edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Araz matça ehtiyat oyunçular skamyasında başlasa da, 14-cü dəqiqədə komanda yoldaşı Palankanı əvəzləyib.
Qeyd edək ki, 14 oyundan sonra aktivində 30 xal olan “Anortosis” bir oyun artıq keçirməklıə turnir cədvəlinin lideridir.
0
0