[b]Araz komandasına kömək edə bilmədi[/b]
13.05.2018 - 00:14
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Anortosis” sonucu - XXXVI turun görüşündə APOEL-ə qonaq olub.
Arazın komandası səfərdə 1:2 hesablı məğlubiyyətə üzülüb. Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 62-ci dəqiqədə hesab 1:1 olarkən meydana daxil olsa da, komandasına kömək edə bilməyib.
Qeyd edək ki, 36 matçda 69 xal toplayan “Anortosis” çempionatı 3-cü pillədə başa vurub və Avropa Liqasında oynamağa haqq qazanıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0