[b]Argentina özünə rəqib tapdı[/b]
26.02.2018 - 23:24
[b]Argentina özünə rəqib tapdı[/b]

Argentina yığması DÇ-2018-dən öncə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytı xəbər verir ki, Cənubi Amerika təmsilçisi artıq özünə rəqib tapıb.

 

Lionel Messi və komanda yoldaşları İsrail millisi ilə üz-zə gələcəklər. İyunun 9-da keçiriləcək qarşılaşma Təl-Əviv şəhərində baş tutacaq.

 

Bu görüş Argentinanın mundialöncəsi sonuncu sınaq matçı olacaq.

 

Qeyd edək ki, argentinalılar DÇ-2018-də İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birlikdə D qrupunda yarışacaq.