[b]Argentina yığmasının oyununda anşlaq[/b]
08.11.2017 - 18:18
[b]Argentina yığmasının oyununda anşlaq[/b]

Rusiya yığmasının Argentina ilə keçirəcəyi matçda anşlaq gözlənilir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının Kommersiya Departamentinin rəhbəri Vladimir Karpoviç məlumat verib.

 

O bildirib ki, “Lujniki” stadionundakı görüş üçün artıq 74 min bilet satılıb: “Demək olar ki, bütün biletlər satılıb. Yalnız “sky-box” üçün 3-4 minlik bilet qalıb. Onun da oyun gününə qədər tükənəcəyinə şübhə etmirik”.

 

Qeyd edək ki, Rusiya – Argentina matçı noyabrın 11-də 78 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək.