[b]Arif Daşdəmirov Roman Qriqorçuku tək qoymayacaq[/b]
29.09.2015 - 08:35
[b]Arif Daşdəmirov Roman Qriqorçuku tək qoymayacaq[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ”nin qonşu ölkədəki hazırlığının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” oktyabrın 1-də baş tutacaq oyunun keçiriləcəyi stadionda sabah məşq edəcək.

 

“Kuban” stadionundakı hazırlıq prosesi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

Saat 21:15-də isə təmsilçilərimizin iştirakı ilə mətbuat konfransı baş tutacaq. Bu dəfə media nümayəndələri önünə təkcə baş məşqçi Roman Qriqorçuk deyil, həm də Arif Daşdəmirov çıxacaq.

 

Rusiya təmsilçisinin jurnalistlərlə görüşündə isə baş məşqçi Oleq Kononov və yarımmüdafiəçi Yuri Qazinski iştirak edəcək. Stadiondakı tədbir saat 15:00-da start götürəcək. 18:00-da isə “Krasnodar” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. Lakin meydan sahibləri hazırlığı “Çetuk” təlim-məşq bazasında gerçəkləşdirəcək.