[b]Arif Əsədov: 9 ay, 49 faiz[/b]
04.06.2015 - 08:39
[b]Arif Əsədov: 9 ay, 49 faiz[/b]

Arif Əsədovun “Neftçi”nin baş məşqçisi postunda fəaliyyəti başa çatıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin sentyabrında bu vəzifədə Böyükağa Hacıyevi əvəzləyən mütəxəssis cəmi 9 ay çalışıb.

 

O, 9 ay müddətində “ağ-qaraıar”ı 36 qarşılaşmaya çıxarıb. Bu görüşlərdə 14 qələbə qazanan “Neftçi” 11 heç-heçə edib, 11 dəfə məğlub olub.  Bu matçlarda bakılılar 43 qol vurub, 37-ni buraxıb.

 

Əsədovlu “Neftçi” qarşılaşmaların təxminən 39 faizində qalib gəlməyi bacarıbsa, heç-heçə və məğlubiyyət faizi 30,5-ə bərabər olub. Onun baş məşqçiliyi vaxtında paytaxt təmsilçisi mümkün olan xalların 49 faizini qazanıb.

 

Qeyd edək ki, 36 oyunun 30-u çempionat, 6-sı kubok çərçivəsinə təsadüf edib. Topaz Premyer Liqasında 11 qələbə qazanıb, 10 heç-heçə edib, 9 dəfə məğlub olub. Çempionatda top fərqi 35-32-di. 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətin qeydə alındığı kubokda isə bakılılar 8 qol vurub, 5-ni buraxıb.