[b]Arif Əsədov qələbədən danışdı[/b]
15.02.2015 - 21:01
[b]Arif Əsədov qələbədən danışdı[/b]

“Bilirdik ki, “Qəbələ” iki görüşdür məğlub olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Gənc mütəxəssis Topaz Premyer Liqasında XXII turu çərçivəsində səfərdə “Qəbələ” üzərində 1:3 hesablı qələbədən danışıb: “Rəqibin bu matça son şans kimi baxdığını düşünürdüm. “Qəbələ” oyuna çox yaxşı başladı. Amma sonradan komandam vəziyyəti düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı. Bu gün “Neftçi” yaxşı oyunlarından birini sərgilədi. Qarşıda daha yaxşı oyunlarımız olacaq. Topa nəzarət oyunun dönüş nöqtələrindən oldu. Rəqibin səhvlərindən yaxşı yararlandıq”. (pfl)