[b]"Neftçi" azarkeşləri Arif Əsədovu istefaya çağırdılar [/b]
06.02.2015 - 17:45
Topaz Premyer Liqasının XX turu çərçivəsində hazırda davam edən “Neftçi” – “Simurq” oyununda istefa şüarları eşidilib. Apasport.az saytının məlumatına görə, qış fasiləsindən sonra AZAL-a uduzan “ağ-qaralar”ın bu görüşdə də qələbə qazana bilməməsi klubun azarkeşlərini özündən çıxarıb.
Belə ki, “Simurq”la matçın sonlarında “Neftçi” azarkeşləri baş məşqçi Arif Əsədovu istefaya səsləyiblər. Təcrübəli məşqçinin postundan göndərilmək ehtimalı yüksək dəyərləndirilir.
Qeyd edək ki, mövsümə çempionluq iddiası ilə başlayan “Neftçi” “Qarabağ”dan 8 xal geri qalır.
0
0