[b]Asiyalılarla artan fərq[/b]
30.05.2018 - 00:38
[b]Asiyalılarla artan fərq[/b]

Azərbaycan millisi bu gün keçirilən yoxlama oyununda Qırğızıstan üzərində 3:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun kollektivi Asiya təmsilçisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb.

 

Sonradan üzv olduğu konfederasiyanı dəyişib, Asiyadan Avropaya “köçən” Qazaxıstanı saymasaq, Qırğızıstanla duel “Sarı qitə” təmsilçiləri ilə 40-cı sınaq olub.

 

Millimiz bu qitə komandalarından üstünlüyünü bir qədər də artırıb. 16-cı qələbəsini qazanan yığmamız 13 heç-heçə edib və 11 dəfə uduzub. Futbolçularımız asiyalılarla duellərdə qollarının sayını 52-yə çatdırıb. Rəqiblər isə 42 topa seviniblər.