AVRO-2016-nın Fransada keçiriləcək final mərhələsinin püşkatma mərasimi dekabrın 12-də baş tutacaq. Apasport.az saytının məlumatına görə, tədbirdə 6 qrupa bölünəcək komandalar püşk zamanı 4 səbətdə yer alacaq.
Səbətlərin tərkibi bu gün keçiriləcək pley-offun son oyunlarından sonra rəsmiləşəcək. Lakin Sloveniya - Ukrayna və Danimarka – İsveç qarşılaşmaları öncəsi də səbətlərin təxmini tərkibi bəllidi.
Bu matçların nəticələri 4 müxtəlif variant vəd edir. İsveçlə Ukrayna, İsveçlə Sloveniya, Danimarkayla Ukrayna və Danimarkayla Sloveniyanın Fransaya vəsiqə qazanması mümkündü.
Mümkün cütlərin hər birinin 24 xoşbəxt sırasında düşəcəyi ilə bağlı səbətlərin tərkibi bəllidi. Meydan sahibi Fransa və 5 ən güclü komanda üçün bugünkü görüşlərin əhəmiyyəti yoxdu. Çünki onların yer aldığı 11-ci səbətin tərkibi dəyişməz qalacaq.
2-ci səbətdə də 5 komanda dəqiqdi. 6-cı isə Ukrayna və Çexiya millilərindən biri olacaq. Ukrayna ilk oyunda 2:0 hesabı ilə yendiyi Sloveniyanı keçsə, ikinci “altılıq”da qərarlaşacaq. Bu durumda Çexiya 3-cü səbətdə olacaq. Qalib gəlsə 4-cü səbətdə Türkiyəni əvəzləyəcək Sloveniya isə onları da Çexiyanı da yuxarı “altılığ”a göndərəcək.
“Ay-ulduzlular” sonuncu səbətdə olmamaq üçün balkanlılardan qələbə gözləməlidi. Eyni adada yerləşən İrlandiya və Şimali İrlandiya isə eyni səbətdə yer aldığından qrupda üz-üzə gələ bilməyəcək. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin formasını geyindiyi Albaniya da sonuncu səbətdədi.
İsveç və Ukrayna qalib gəlsə...
1-ci səbət
Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
İsveç və Sloveniya qalib gəlsə...
1-ci səbət
Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Çexiya
3-cü səbət
İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan, Türkiyə
4-cü səbət
İrlandiya, Sloveniya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
Danimarka və Ukrayna qalib gəlsə...
1-ci səbət
Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, Polşa, Rumıniya, Slovakiya, Macarıstan, Danimarka
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
Danimarka və Sloveniya qalib gəlsə...
1-ci səbət
Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Çexiya
3-cü səbət
Polşa, Rumıniya, Slovakiya, Macarıstan, Danimarka, Türkiyə
4-cü səbət
İrlandiya, Sloveniya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI