Fransa AVRO-2016-nın ev sahibliyi hüququndan məhrum edilə bilər. Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, buna bir neçə gün öncə Fransada terror hadisəsinin baş verməsi səbəb olub.
132 insanın öldüyü, 349 nəfərin isə yaralandığı terror hadisəsi Fransanı Avropa çempionatının ev sahibliyi hüququnu itirmək təhlükəsi ilə üz-üzə qoyub.
Fransa Futbol Federasiyasının prezidenti Le Qraet təhlükəsizliklə bağlı narahatlıqlarının olduğunu, son hadisədən sonra bunun daha da artdığını etiraf edib. Onun bu açıqlaması turnirə vəsiqə qazanan yığmalar və onların azarkeşlərini təşvişə salıb.
Vəziyyəti UEFA ilə dəyərləndirən həmin ölkələrin futbol federasiyaları narahatlıqlarını çatdıraraq, B planının hazırlanmasını tələb ediblər.
Avropa çempionatına ev sahibliyi edəcək ölkənin dəyişdirilməsini istəyən federasiya rəhbərləri Almaniya başda olmaqla, İtaliya və İngiltərənin də Fransanı əvəzləməyə layiq olduğunu bildiriblər.
UEFA bu problemi həll etməyin yollarını axtarır. Onlar ilk mərhələdə Fransa hökumətindən təhlükəsizlik barədə zəmanət tələb etməyə qərar veriblər.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI