Azərbaycan Premyer Liqasının XXVI turunda “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Apasport.az saytının məlumatına görə, görüş iki komanda arasındakı 8-ci matç olacaq.
“Kimyaçılar” bu oyunlardan 2-də qələbə sevinci yaşayıb, 4 matç isə “Zirə”nin qələbəsi ilə yekunlaşıb. 1 görüşdə isə qalib müəyyənləşməyib.
Paytaxt təmsilçisi 7 dəfə fərqlənibsə, sumqayıtlılar 4 dəfə qol sevinci yaşayıblar.
İki komanda arasında son 4 oyunda azarkeşlər sadəcə 1 qola şahidlik ediblər. Son iki oyunda isə meydan sahibi olan komanda qələbəyə sevinib.
Qeyd edək ki, uyğun olaraq 32 və 31 xala malik “Zirə” və “Sumqayıt” 4 və 5-ci pillələrdə qərarlaşıblar. Hər iki komanda Avrokuboklar uğrunda mübarizə aparır.