Avropa Liqasının II turunun oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin qarşılaşmalarının ədalət təmsilçiləri də bəlli olub.
Bakıda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin görüşünü avstriyalı hakimlər briqadası idarə edəcək. “Qəbələ”nin Rusiyada “Krasnodar”la görüşü isə polşalılara tapşırılıb.
Avropa Liqası
Qrup mərhələsi
II tur
1 oktyabr
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)
Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Ştefan Kuehr
Əlavə köməkçi hakimlər: Manuel Şuettenqruber, Diter Mukenhammer
Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)
Hakim-inspektor Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı. T.Bəhramov adına Respublika stadionu
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Marçin Borski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, Marçin Bonek
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda
Dördüncü hakim: Krjiştof Mirmus (hamısı Polşa)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Krasnodar. “Kuban” stadionu
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı