[b]Avropa Liqası: I təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşdi[/b]
04.06.2015 - 09:27
[b]Avropa Liqası: I təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşdi[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının da mübarizəyə qatılacağı yarışa son iki vəsiqəni Polşa təmsilçiləri qazanıb.

 

Belə ki, “Şlensk” və “Yagelloniya” da qitənin ikinci dərəcəli klub turnirində oynamaq hüququ qazanıb. Bu komandaların hər ikisi iyunun 22-də keçiriləcək püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.

 

Bu isə o deməkdi ki, polşalılar Azərbaycan təmsilçisi “Qəbələ”nin potensial rəqiblərindən olub. Əyalət klubu güclülərin yer aldığı səbətdəki 51 komandadan 49-u ilə qarşılaşa bilər.

 

“Qəbələ” yalnız digər Azərbaycan klubları “Neftçi” və “İnter”ə rəqib ola bilməz. Səpələnmişlərdən olan paytaxt təmsilçiləri isə 47 komanda ilə görüşə bilər. Çünki bakılıların Ermənistan klubları ilə görüşməsi mümkün deyil.

 

Avropa Liqası, I təsnifat mərhələsi

Səpələnmişlər

“Vest Hem” (İngiltərə), “Brondbü”, “Randers” (hər ikisi Danimarka), “Debretsen” (Macarıstan), “Beytar” (İsrail),  “Vaduts” (Lixtenşteyn), “Domjale” (Sloveniya), “Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK (ər ikisi İsveç), “NEFTÇİ”, “İNTER” (hər ikisi AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aberdin”, “Sent-Conston” (hər ikisi Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Hayduk”, “Lokomotiv” (hər ikisi Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botosani” (Rumıniya), “Liteks”, “Beroe” (hər ikisi Bolqarıstan), “Jelezniçar”, “Zrinski” (hər ikisi Bosniya və Herseqovina), “Şlensk”, “Yagelloniya” (hər ikisi Polşa)

 

Səpələnməmişlər

“Renova”, “Şkendiya” (hər ikisi Makedoniya), “Selye” (Sloveniya), “Mladost”, “Sutyeska” (hər ikisi Monteneqro), Ferensvaroş”, MTK (hər ikisi Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Laçi”, “Partizani” (hamısı Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Saxan Qaqauz Yeri” (Moldova), “Şirak”, “Uliss”, “Alaskert” (hamısı Ermənistan), “Qlentoran”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev”, “Kalyu”, “Flora” (hamısı Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), “Çukariçki” (Serbiya), “Dinamo” Batumi, “Spartak” Sxinvali (hər ikisi Gürcüstan), “Yuvenes”, “La Fiorita” (hər ikisi San-Marino), “Proqres” (Lüksemburq), “Olimpik” (Bosniya və Herseqovina), “Kollec” (Cəbəllütariq).