[b]Avropa Liqası: simvolik “11-lik”də tanış futbolçular[/b]
17.12.2015 - 09:31
[b]Avropa Liqası: simvolik “11-lik”də tanış futbolçular[/b]

Avropa Liqasının qrup mərhələsinin rəmzi komandası məlum olub. Apasport.az saytının məlumatına görə, UEFA ən yaxşı “11-liy”i açıqlayıb.

 

Azərbaycanı qrup mərhələsində təmsil edən “Qarabağ”la “Qəbələ”nin heç bir oyunçusu simvolik komandaya düşə bilməyib. Əvəzində onların qrupdakı rəqibləri olan “Krasnodar” və “Tottenhem”in bir oyunçusu heyətdə göstərilib. “11-lik”də ən çox futbolçu ilə təmsil olunan klub “Napoli”di. İtalyanların iki üzvünün adı rəmzi komandaya salınıb.

 

Simvolik “11-lik”:

Qapıçı: Ralf Fahrmann (“Şalke”, Almaniya)

Müdafiəçilər: Natanyel Klayn (“Liverpul”, İngiltərə), Andreas Qranqvist (“Krasnodar”, Rusiya), Gökhan Gönül (“Fənərbaxça”, Türkiyə)

Yarımmüdafiəçilər: Dris Mertens (“Napoli”, İtaliya), Erik Lamela (“Tottenhem”, İngiltərə), Steffen Hofmann (“Rapid”, Avstriya), Rafa Silva (“Braqa”, Portuqaliya)

Hücumçular: Raul Bobadilya (“Auqsburq”, Almaniya), Aritz Aduriz (“Atletik”, İspaniya), Xose Kalyexon (“Napoli”, İtaliya)