[b]Avropa Liqasını “Liverpul” qazanacaq?[/b]
18.05.2016 - 09:51
[b]Avropa Liqasını “Liverpul” qazanacaq?[/b]

“Topaz” Avropa Liqasının final oyunu üçün əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru bu gün “Liverpul”la “Sevilya” arasında baş tutacaq qarşılaşmada ingilisləri şanslı sayır.

 

Belə ki, “Topaz” “Liverpul”un qələbəsinə 2,1 əmsal verdiyi halda, İspaniyanın “Sevilya” klubunun çempionluğunu 2,80 əmsalla qiymətləndirib. Qalibin əlavə vaxtda və ya penaltilər seriyasında müəyyənləşəcəyini proqnozlaşdıranlar üçün isə əmanətlərini 2,90 dəfə artırmaq şansı verilib.

 

Qeyd edək ki, “Topaz” proqramında 102 kodu ilə göstərilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matç İsveçrənin Bazel şəhərində olacaq. 

0