[b]AZAL-da İbekoyini Əsədov əvəzlədi[/b]
31.03.2015 - 11:36
[b]AZAL-da İbekoyini Əsədov əvəzlədi[/b]

Topaz Premyer Liqasının XXVII turunda “Simurq”un qonağı olacaq AZAL bu gün Zaqatalaya yola düşüb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” matç öncəsi son məşqi oyunun baş tutacağı Zaqatala şəhər stadionunda keçəcəklər.

 

Baş məşqçi Tərlan Əhmədov bu görüşdə iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Klub rəhbərliyi Rəşad Abdullayevə tətbiq olunan 3 oyunluq cəza ilə bağlı AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət etsə də, rədd cavabı alıb. Bu isə o deməkdi ki, Abdullayev “Simurq”la matçda da komandasına kömək edə bilməyəcək. Onunla yanaşı, gənc futbolçu Seymur Əsədov da Zaqatalaya aparılmayıb. Buna səbəb 21 yaşlı yarımmüdafiəçinin sarı vərəqə limitini doldurmasıdı.

 

Komandada zədəli oyunçu isə yoxdu. Zədəsini tam sağaldan Viktor İbekoyi də sıraya dönüb. Məşqçilər korpusu hazır olan İbekoyini Zaqatalaya aparılan heyətə daxil edib.

 

Qeyd edək ki, “Simurq” – AZAL matçı sabah saat 15:00-da keçiriləcək.