Transfer fəaliyyətini davam etdirən AZAL klubu heyətinə daha iki futbolçu qatıb. Apasport.az “təyyarəçilər”in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiə və hücum xəttini gücləndirib.
Sonuncu klubu Ukraynanın “Metalluq” (Donetsk) komandası olan Hamid Yasin bakılılarla 2 illik müqavilə imzalayıb. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyinən 22 yaşlı hücumçu Misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, futbolçunun ögey atası azərbaycanlıdı.
Digər transfer isə gürcü Aleksandr Qurulidi. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli AZAL ilə birillik anlaşmaya imza atıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA