[b]Azərbaycan – Makedoniya oyununun vaxtı dəyişdirildi[/b]
07.03.2018 - 17:07
[b]Azərbaycan – Makedoniya oyununun vaxtı dəyişdirildi[/b]

Azərbaycan – Makedoniya oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, martın 27-də baş tutacaq yoxlama görüşü 1 saat tez başlayacaq.

 

Türkiyənin Antalya şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 20:00 başlayacaq. Öncədən oyunun saat 21:00-da start götürməsi nəzərdə tutulmuşdu.

 

Qeyd edək ki, Azərbaycan – Makedoniya matçı “Mardan” stadionunda keçiriləcək.