[b]Azərbaycan – Mərakeş oyununa 3 fərqli ölkədən hakim[/b]
12.09.2016 - 12:27
[b]Azərbaycan – Mərakeş oyununa 3 fərqli ölkədən hakim[/b]

Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatındakı ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, Mərakeşlə qarşılaşma anqolalı referiyə həvalə edilib.

 

Belə ki, Kolumbiyadakı mundial çərçivəsində bu gecə baş tutacaq matçı Anqoladan Joze Katemo idarə edəcək. Portuqaliyalı Eduardo Fernandes ikinci, türkiyəli Kamil Çətin üçüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan – Mərakeş görüşü bu gecə saat 03:00-da başlayacaq.

0