Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsində keçirəcəyi oyunların yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2016-cı ildə keçiriləcək final mərhələsinə vəsiqə uğrunda Slovakiya ilə mübarizə aparacaq Faustino Peresin yetirmələri ilk matça Bakıda çıxacaq.
Sentyabrın 15-də baş tutacaq qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Artıq Azərbaycan – Slovakiya oyununun başlama vaxtı də dəqiqləşib. Pley-offun ilk görüşü saat 21:00-da başlayacaq.
Bir həftə sonra baş tutacaq cavab oyunu isə paytaxt Bratislavada deyil, Trnavada keçiriləcək. Həlledici matç Şəhər İdman Zalında baş tutacaq.
Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi gələn il fevralın 2-13-də Serbiyada keçiriləcək.