[b]Azərbaycan – Ukrayna oyunlarının yeri dəqiqləşdi[/b]
02.03.2018 - 09:01
Azərbaycan və Ukraynanın 17 yaşadək qızlardan ibarət milli komandaları arasında yoxlama oyunlarının yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq qonaqlarla qarşılaşmalar fərqli stadionlarda keçiriləcək.
Komandalar martın 6-da “Dalğa Arena”da, martın 8-də isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq. İlk oyun saat 16:00-da başlayacaqsa, ikinci matçın start fiti saat 11:00-da veriləcək.
0
0