[b]Azərbaycan – Xorvatiya oyununun bütün hakimləri müəyyənləşdi[/b]
31.08.2015 - 14:01
[b]Azərbaycan – Xorvatiya oyununun bütün hakimləri müəyyənləşdi[/b]

Azərbaycan – Xorvatiya oyununu idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək qarşılaşmaya fransalı briqadanı göndərmək qərarına gəlib.

 

Oyunun baş hakimi Rudi Buket olacaq. Ona həmyerliləri Gillom Debart və Kiril Qrinqor kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Filipp Jann yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Fredi Futrel və Amauri Delero olacaq.

 

UEFA nümayəndəsi kimi Bakıya belçikalı Jan-Fransios Kruk gələcək. Hakimlərin idarəçiliyinə isə hakim-inspektor Vitor Melo Pereyra (Portuqaliya) qiymət verəcək.

 

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı "Bakcell Arena"da keçiriləcək.