Futzal üzrə Azərbaycan çempionatında XIX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Yüksək Liqada bu turda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar qarşılaşacaqlar.
Turun mərkəzi oyunu lider “Araz”la ən yaxın izləyicisi “Marafon Futsal” arasında baş tutacaq. Əzəli rəqiblər EKOL və "Neftçi" İK də bu turda güclərini sınayacaqlar.
Maraqlı məqamlardan biri də “CBC Sport”un turun iki oyununu canlı yayımlanmasıdı. Bu, cari mövsümdə ilk belə hal olacaq.
Yüksək Liqa
XIX tur
6 mart
12:30. “Xəmsə” – “FK.İD.Futsal”
Bakı İdman Sarayı
14:30. EKOL – “Neftçi” İK (CBC Sport, canlı)
Bakı İdman Sarayı
16:30 “Araz” – “Marafon Futsal” (CBC Sport, canlı)
Bakı İdman Sarayı