[b]Azərbaycan çempionu dünyasını dəyişdi[/b]
12.10.2015 - 08:20
Azərbaycan futboluna itki üz verib. Apasport.az saytının məlumatına görə, yığmamızın sabiq müdafiəçisi Sakit Alıyev 49 yaşında vəfat edib.
Tovuz futbolunun yetirməsi, bu şəhərin “Turan” klubunun sabiq futbolçusu və məşqçisi uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bu komanda ilə Azərbaycan çempionu, ölkə çempionatının bir gümüş, iki bürünc mükafatını qazanan, həmçinin “Kəpəz”də də qızıl medala yiyələnən Alıyev bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
0
0