Şotlandiya çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Seltik” qızıl medalları XXX turda təmin edib.
“Harts” üzərində 5:0 hesablı qələbə qazanan Qlazqo təmsilçisi xal hesabını 86-ya çatdırıb. Brendan Rocersin yetirmələri finişə 8 tur qalmış çempionluğu təmin edib. Belə ki, “zolaqlılar” 2-ci olan “Aberdin”dən 25 xal öndədi. 30 oyunda 28 qələbə qazanan “Seltik” cəmi 2 heç-heçə edib.
Bununla, “Seltik” Çempionlar Liqasında iştirak hüququ da qazanıb. Şotlandiya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Azərbaycan çempionuna potensial rəqib olub. “Zolaqlılar” bu yarışa təmsilçimiz kimi II təsnifat mərhələsindən başlayacaq.