[b]Azərbaycan derbisinin hakimləri açıqlandı[/b]
30.11.2017 - 17:11
Azərbaycan Premyer Liqasının XIV turuna ilk təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasını Fariz Yusifov idarə edəcək. Sabiq FİFA referisi dekabrın 1-də keçiriləcək görüşdə ədaləti qoruyacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
1 dekabr (cümə)
18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”
0
0