[b]Azərbaycan klubları üçün 28 potensial rəqib[/b]
22.12.2015 - 17:41
[b]Azərbaycan klubları üçün 28 potensial rəqib[/b]

Avropa Liqasının 2016/17 mövsümündə çıxış edəcək komandalardan 28-i bəllidi. Apasport.az saytının məlumatına görə, çempionatı “yaz-payız” sistemi ilə keçirilən 11 ölkə təmsilçiləri qitənin ikinci dərəcəli klub turnirinə vəsiqə qazanıb.

 

Həmin ölkələrin 6-dan 3, 5-dən 2 komanda buna nail olub. Çünki 5 ölkədə hələ kubokun qalibi müəyyənləşməyib.

 

Bu 28 komandadan 27-si I təsnifat mərhələsində Avropa Liqasına qatılacaq üç Azərbaycan klubunun potensial rəqibi sayılır. Yalnız “Stromsqodset” mübarizəyə 2-ci raunddan start verəcək. Norveç klubu II təsnifat mərhələsi üçün potensial rəqibimiz hesab olunur.

 

Avropa Liqasının iştirakçıları: “Dinamo”, “Şaxtyor” (hər ikisi Belarus), “Höteborq”, AİK (hər ikisi İsveç), “Stromsqodset”, “Stabek”, “Odd Qrenland” (hamısı Norveç), “Kayrat”, “Aktobe”, “Ordabası” (hamısı Qazaxıstan), “Mariehamn”, “Rovaniemi”, HİK (hamısı Finlandiya), “Valyur”, “Breydablik”, “Reykyavik” (hamısı İslandiya), “Kork Siti”, “Şemrok Rovers”, “Sent Patriks” (hamısı İrlandiya), “Trakai”, “Atlantas” (hər ikisi Litva), “Ventspils”, “Yelqava” (hər ikisi Latviya), “Levadiya”, “Nomme Kalyu” (hər ikisi Estoniya), “Vikinqur”, “Runavik”, “HB Torshavn” (hamısı Farer adaları)