“Qəbələ”nin estoniyalı futbolçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin IV turunda avtoqol müəllifi olub. Apasport.az saytının məlumatına görə, hücumçunun uğursuzluğu Azərbaycan klublarının avrokuboklarda 5-ci avtoqolu kimi tarixə düşüb.
Dortmundda “Borussiya” ilə qarşılaşmayadək təmsilçilərimiz 4 belə xoşagəlməz halla üzləşmişdi. 1994-cü ildə qitə səhnəsinə çıxan klublarımızın ilk uğursuzu Rafael Əmirbəyov olub. O, 1998/99 mövsümündə “Arceş” (Rumıniya) – “Dinamo” matçında (5:1) meydan sahiblərini sevindirən avtoqolun müəllifi olub.
2004/05 mövsümündə keçirilən “Qarabağ” – “Dukla” (Slovakiya) qarşılaşmasında (0:1) Azər Cabbarovun avtoqolu həlledici olub. 2014/15 mövsümündə baş tutan “Partizan” (Serbiya) – “Neftçi” görüşündə (3:2) isə bakılılar 2 avtoqola üzülmüşdü. “Ağ-qaralar”ı Denis Silva və Elvin Yunuszadə məyus etmişdi.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub