[b]Azərbaycan klubuna texniki məğlubiyyət verildi[/b]
28.02.2018 - 13:26
[b]Azərbaycan klubuna texniki məğlubiyyət verildi[/b]

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XV turu müzakirə olunub. Apasport.az saytı xəbər verir ki, turun “Zaqatala” – “Mil-Muğan” qarşılaşması ilə bağlı maraqlı qərar qəbul olunub.

 

Belə ki, İK qonaq komandanın heyətində adı protokola qeyd olunmamış futbolçunun iştirak etdiyini aşkarlayıb. Bu səbəbdən İmişli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Üstəlik, klub 800 manat məbləğində cərimə olunub.

 

Qeyd edək ki, “Zaqatala” – “Mil-Muğan” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.