Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk qarşılaşmalarının ikisi paytaxtda, ikisi isə əyalətdə keçirilib.
Eyni gündə baş tutan 4 matçdan 3-də heç-heçə qeydə alınıb. Yalnız “Bakı” ilk oyunda qalib gəlməyi bacarıb. Milinko Pantiçin yetirmələri “Rəvan” üzərində minimal hesabla qalib gəliblər – 1:0.
Heç-heçə başa çatan digər 3 qarşılaşmadan yalnız birində qol vurulmayıb. Ardıcıl 3 mövsümdür yolları 1/4 finalda kəsişən “Qəbələ” ilə “Qarabağ” azarkeşlərə qol sevinci yaşatmayıb. Bununla, əyalət təmsilçiləri kubokdakı 5-ci dueldən də bərabərliklə ayrılıb.
Əyalət klublarının iştirakı ilə keçirilən digər oyun Naxçıvanda baş tutub. I divizionun lideri “Araz-Naxçıvan” “Xəzər Lənkəran”la heç-heçə edib – 1:1. Meydan sahibləri uzatma dəqiqələrindəki penalti ilə məğlubiyyətdən qaçıbsa, Lənkəran təmsilçisi qarşılaşmanın gedişində 11 metrlik zərbədən yararlana bilməyib.
“Xəzər Lənkəran”ın prinsipial rəqibi “Neftçi” də kubok matçında penalti qaçırıb. Bakılılar “İnter”lə paytaxt derbisində belə imkanı əldə versə də, sonda səfər heç-heçəsi ilə kifayətlənib.
Qeyd edək ki, 1/4 finalın cavab oyunları martın 19-da keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
12 mart (çərşənbə)
“İnter” – “Neftçi” - 1:1
Qollar: Vaqif Cavadov, 85 - Araz Abdullayev, 51
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əhmədov Ramil
“Şəfa” stadionu
“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro,
15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 91. Coşqun Diniyev
Baş məşqçi: Kaxaber Sxadadze.
“Neftçi”: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 8. Elşən Abdullayev, 11. Melvin Platye, 23. Ruslan Qurbanov
Baş məşqçi: Böyükağa Hacıyev
“Qəbələ” – “Qarabağ” - 0:0
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
“Qəbələ”: 1. Kamran Ağayev (k), 3. Nikola Valentiç, 6. Volodimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Luis Hilario, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Amid Quluzadə, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 46. Davron Erqaşov
Baş məşqçi: Yuri Syomin
“Qarabağ”: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 19. Jaba Dvali, 25. Ansi Aqolli, 41. Leroy Corc, 44. Eltun Yaqublu, 70. Marinaldo Silva
Baş məşqçi: Qurban Qurbanov
“Rəvan” – “Bakı” - 0:1
Qol: Cavid Hüseynov, 28
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
“Bayıl Arena” stadionu
“Rəvan”: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 40. Mişel Balokoq, 16. Orxan Lalayev, 20. Miloş Adamoviç, 17. Ramazan Abbasov (k), 25. Ayaz Mehdiyev, 18. Oke Akpoveta
Ehtiyat oyunçular: 1. Lukaş Sapela, 30. Cəmşid Məhərrəmov, 7. Elvin Həsənəliyev, 19. Hüseyn Axundov, 41. Kamil Kopunek, 14. Xuan Manuel Varea, 10. Tyaqo de Souza
Baş məşqçi: Güvenc Kurtar
“Bakı”: 1. Aqil Məmmədov, 12. Araujo Santos, 5. Ruben Qonzalez, 4. Mario Alvarez, 3. Yure Travner, 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev, 16. Xavyer Junior, 17. Risto Ristoviç, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k)
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 24. Georgios Pelagias, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov, 6. Vadim Abdullayev, 15. Alberto Noquera, 22. Namiq Ələsgərov
Baş məşqçi: Milinko Pantiç
“Araz Naxçıvan” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Tərlan Xəlilov, 90+2 (pen.) - Alvaro Silva, 69
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Məhərrəmov Ramiz
Naxçıvan Muxtar Respublika stadionu
“Araz Naxçıvan”: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 5. Cavid Həsənov, 6. Mikayıl Rəhimov, 8. Elmin Çobanov, 9. İrfan Yuseyinov, 10. Eşqin Quliyev (k), 11. Fərid Quliyev,
14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov.
Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 15. Elgün Abbaslı, 7. Akif Tağıyev, 19. Tərlan Xəlilov, 25. Elgiz Kərimli, 3. Əlimirzə Daşzərini, 94. Tural Hümbətov
Baş məşqçi: Əsgər Abdullayev
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tieqo de Xesus, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Dejan Blajevski, 11. Zohair Benouahi, 16. Adrian Pit, 30. Elias Ribeiro, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov
Baş məşqçi: Mustafa Denizli