[b]Azərbaycan kubokunda ikihakimiyyətlilik[/b]
30.11.2017 - 10:57
[b]Azərbaycan kubokunda ikihakimiyyətlilik[/b]

Azərbaycan kubokunun bombardirlər siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsindən sonra cədvəldə ikihakimiyyətlilik hökm sürür.

 

Belə ki, keçirdiyi yeganə görüşdə 3 qol vuran Filip Ozobiç (“Qəbələ”) və Daniel Seqoviya (“Neftçi”) yarışın ən məhsuldar oyunçularıdı. Onlar müvafiq olaraq, “Mil-Muğan” və “Zaqatala” ilə qarşılaşmaların qəhrəmanları olublar.

 

Ümumilikdə isə 5 oyunçu iki və ya daha çox qol vurmağı bacarıb. Liderləri 2 qol vuran üç oyunçu izləyir. Amil Yunanov (“Sumqayıt”) “Sabah”, İlyas Səfərzadə (“Kəpəz”) “Binə”, Vüsal İsgəndərli (“Zirə”) isə “Xəzər”lə matçda dubla imza atıb.