Azərbaycan kubokunda yeni qalib olacaq. Apasport.az saytının məlumatına görə, 2017/18 mövsümünün mükafatını indiyədək bu uğura imza atmayan komanda qazanacaq.
Bu, yarımfinal mərhələsinin dünən keçirilən görüşündən sonra rəsmiləşib. Dörd ən yaxşı arasında kubok qazanmış yeganə komanda “Neftçi” “Qəbələ” səddini adlaya bilməyib – 2:1, 1:3.
Digər cütdə isə finala belə həsrət olan “Sumqayıt” “Keşlə” qarşısında aciz qalıb. Bakılılar hər matçda bir qol vurması sayəsində mərhələ keçib – 1:0, 1:1.
Mayın 28-də keçiriləcək həlledici matç finalların uğursuzlarının dueli olacaq. Belə ki, həm “Qəbələ”, həm də “Keşlə” dəfələrlə finala yüksəlsə də, həmişə uduzub. Sonuncular “İnter” adı altında 4 dəfə belə uğursuzluq yaşayıb. Paytaxt təmsilçisi 2004/05, 2007/08, 2008/09 və 2010/11 mövsümlərində kubokun bir addımlığında uduzub.
“Qəbələ” isə 2013/14 və 2016/17 mövsümlərində finalı uduzub. Ardıcıl 2-ci dəfə həlledici matçda oynayacaq əyalət klubu ümumilikdə 3-cü dəfə kuboka belə yaxındı.
“Keşlə” və “Qəbələ”nin finala yüksəlməsi həlledici qarşılaşmalar tarixinə yeni adın əlavə olunmasına mane olub. Belə ki, “Sumqayıt” ilk final həyəcanı yaşamağa, bununla da həlledici matçın 17-ci iştirakçısı adını qazanmağa yaxın olsa da, imkanı qaçırıb. Ümumilikdə isə 16 klub finalda oynayıb.
Bu göstəricidə “Neftçi” rekordçudu – 10 dəfə. “Qarabağ”ın 9 finalı var. “Keşlə” isə 3-cü olan “Xəzər Lənkəran”a şərik çıxıb – hərəyə 5 final. “Kəpəz” 4, “Bakı” və son uğurunu indi qazanan “Qəbələ” hərəyə 3, “Kür Nur” və “Şəmkir” hərəyə 2 dəfə bunu bacarıb. Bakı və Sabirabad “İnşaatçı”sı, “Şəfa”, “Xəzri”, “MKT-Araz” və Lənkəran “Xəzər”i həlledici görüşdə 1 dəfə iştirak edib.
“Qəbələ” və “Keşlə”dən biri ilk uğurunu əldə etməklə Azərbaycan kubokunu qazananlar siyahısına da daxil olacaq. İndiyədək 7 komanda bunu bacardığından yeni qalib 8-ci kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” daha çox – hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı və “Şəfa” isə hərəyə 1 dəfə kuboku başı üzərinə qaldırıb.
AZƏRBAYCAN KUBOKU |
|||
mövsüm |
qalib |
finalçı |
hesab |
1992 |
“İnşaatçı” (Bakı) |
“Kür” (Mingəçevir) |
2-1, əlavə vaxtda |
1993 |
“Qarabağ” (Ağdam) |
“İnşaatçı” (Sabirabad) |
1-0, əlavə vaxtda |
1993/94 |
“Kəpəz” (Gəncə) |
“Xəzər” (Lənkəran) |
2-0 |
1994/95 |
“Neftçi” (Bakı) |
“Kür” (Mingəçevir) |
1-0 |
1995/96 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
3-0 |
1996/97 |
“Kəpəz” (Gəncə) |
“Xəzri” (Bakı) |
1-0 |
1997/98 |
“Kəpəz” (Gəncə) |
“Qarabağ” (Ağdam) |
2-0 |
1998/99 |
“Neftçi” (Bakı) |
“Şəmkir” |
0-0, pen 5-3 |
1999/2000 |
“Kəpəz” (Gəncə) |
“Qarabağ” (Ağdam) |
2-1 |
2000/01 |
“Şəfa” (Bakı) |
“Neftçi” (Bakı) |
2-1 |
2001/02 |
yarımçıq qalıb |
||
2002/03 |
keçirilməyib |
||
2003/04 |
“Neftçi” (Bakı) |
“Şəmkir” |
1-0, əlavə vaxtda |
2004/05 |
“Bakı” |
“İnter” (Bakı) |
2-1, əlavə vaxtda |
2005/06 |
“Qarabağ” (Ağdam) |
“Karvan” (Yevlax) |
2-1 |
2006/07 |
“Xəzər-Lənkəran” |
“MKT-Araz” (İmişli) |
1-0 |
2007/08 |
“Xəzər-Lənkəran” |
“İnter” (Bakı) |
2-0, əlavə vaxtda |
2008/09 |
“Qarabağ” (Ağdam) |
"İnter" Bakı |
1-0 |
2009/10 |
“Bakı” |
“Xəzər-Lənkəran” |
2:1, əlavə vaxtda |
2010/11 |
“Xəzər-Lənkəran” |
“İnter” (Bakı) |
1:1, pen 4-2 |
2011/12 |
“Bakı” |
“Neftçi” (Bakı) |
2-0 |
2012/13 |
“Neftçi” (Bakı) |
“Xəzər-Lənkəran” |
0-0, pen 5-3 |
2013/14 |
“Neftçi” (Bakı) |
"Qəbələ" |
1:1, pen.3-2 |
2014/15 |
“Qarabağ” (Ağdam) |
“Neftçi” (Bakı) |
3:1 |
2015/16 |
“Qarabağ” (Ağdam) |
“Neftçi” (Bakı) |
1-0, əlavə vaxtda |
2016/17 |
“Qarabağ” (Ağdam) |
"Qəbələ" |
2-0 |