Azərbaycan kubokunun final oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi Qəbələdə keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun ədalət təmsilçilərini matç günündə açıqlayıb.
Belə ki, 23-cü ölkə kubokunun həlledici qarşılaşması Rəhim Həsənova tapşırılıb. FİFA referisinə Yaşar Abbasov, Rza Məmmədov kömək edəcəklər. Beynəlxalq dərəcəli digər referimiz Orxan Məmmədov 4-cü hakim olacaq.
Elvin Əsgərov və FİFA hakimi Əliyar Ağayev əlavə köməkçi funksiyasını yerinə yetirəcək.
Azərbaycan kuboku
Final
3 iyun
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu