[b]Dördü tanış, biri yeni[/b]
05.02.2015 - 13:20
[b]Dördü tanış, biri yeni[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələləri tarixində ilk dəfə Rusiya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən AVRO-2017-nin seçmə mərhələsinin püşkü yığmamızı özü üçün yeni rəqib olan şimallılarla üz-üzə qoyub.

 

Yaşar Vahabzadənin yetirmələrinin yer aldığı VII qrupdakı digər rəqiblər isə millimizə tanış olan komandalardı. Belə ki, Almaniya, Avstriya, Finlandiya və Farer adaları ilə əvvəlki seçmə mərhələlərdə də qarşılaşmışıq.

 

Vahabzadənin özü də “suomi”lərlə qarşılaşmada komandamızın baş məşqçisi olub. Bu, AVRO-2004-də Finlandiya ilə 2-ci görüşə təsadüf edib. Skandinaviyalılarla ilk matçda isə yığmamızın “sükanı arxası”nda Əsgər Abdullayev idi. Lakin hər iki çalışdırıcı məğlubiyyətlə üzləşib.

 

11.10.2002. Finlandiya – Azərbaycan - 3:0

06.09.2003. Azərbaycan – Finlandiya - 0:1

 

AVRO-2009-da isə bu dəfəki rəqiblərimiz arasında ən zəifi sayılan Farer adaları ilə qarşılaşmalarda da yığmamıza fərqli məşqçilər başçılıq edib. Şimallılara qarşı ilk matçda Şakir Qəribov, xal qazandığımız görüşdə isə Bernard Lippert iş başında olub. Həmin görüşdə indi əsas millidə oynayanlar – Ruslan Abışov və Vüqar Nadirov qol sevinci yaşayıb.

 

14.10.2007. Farer adaları – Azərbaycan - 1:0

06.09.2008. Azərbaycan – Farer adaları - 2:2 (Ruslan Abışov, Vüqar Nadirov)

 

İndiki rəqiblərimizdən ikisi – Almaniya və Avstriya ilə AVRO-2006-nın seçmə oyunlarında eyni qrupa düşmüşük. Onda da bu rəqiblərlə ilk matçlarda bir, ikinci oyunlarda başqa baş məşqçiyə güvənmişik. İlk matçlar Vaqif Sadıqov. Sonra isə onu əvəzləyən Təbriz Həsənovun hesabına yazılıb. 

 

08.10.2004. Azərbaycan – Almaniya - 0:2

02.09.2005. Almaniya – Azərbaycan - 2:0

 

Almaniyadan fərqli, avstriyalılarla yollarımız daha 1 tsikldə kəsişib. AVRO-2011-də Lippertin baş məşqçisi olduğu komanda iki dəfə rəqibinə uduzub. Bu rəqibə yeganə qolumuzu isə Bəxtiyar Soltanov vurub.

 

07.09.2004. Avstriya – Azərbaycan - 3:0

06.09.2005. Azərbaycan – Avstriya - 0:0

10.10.2009. Azərbaycan – Avstriya - 1:2 (Bəxtiyar Soltanov)

18.11.2009. Avstriya  - Azərbaycan - 4:0