[b]Azərbaycan millisi Qana ilə görüşəcək[/b]
16.02.2015 - 11:43
[b]Azərbaycan millisi Qana ilə görüşəcək[/b]

Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət  Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək.  Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələrinin sınaqçı rəqiblərinin adları və qarşılaşmaların tarixi müəyyənləşib.

 

Komandamız ilk oyununda Qananın U-21 millisi ilə görüşəcək. Bu matç fevralın 23-də keçiriləcək. Fevralın 26-da isə komandamız Çinin “Hunan Billous” klubu ilə qarşılaşacaq.

 

Mənbə: affa.az