[b]Yığmamız Sloveniya, Latviya və Bolqarıstanla eyni qrupa düşdü[/b]
16.12.2015 - 09:23
[b]Yığmamız Sloveniya, Latviya və Bolqarıstanla eyni qrupa düşdü[/b]

2016-cı ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirinin püşkü atılıb. Apasport.az saytının  məlumatına görə, yanvarın 2-13-də baş tutacaq turnirdə iştirak edəcək 14 komanda 3 qrupa bölünüb. İki qrupda 5, birində 4 komanda mübarizə aparacaq.

 

1998-ci il təvəllüdlü futbolçulardan ibarət yığmaların mübarizə aparacağı turnirdə Azərbaycan da qüvvəsini sınayacaq. Millimiz 4 komandanın yer aldığı C qrupunda çıxış edəcək. Millimizin rəqibləri Sloveniya, Latviya və Bolqarıstan olacaq.

 

A qrupu: Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva

B qrupu: Finlandiya, Qazaxıstan, Estoniya, Moldova, Rusiya

C qrupu: Sloveniya, AZƏRBAYCAN, Latviya, Bolqarıstan

 

Qeyd edək ki, yarışın oyunları Peterburq İdman Konsert Kompleksi və “Zenit” İdman Oyunları Sarayında baş tutacaq.