[b]Azərbaycan millisi üçün 16 yeni rəqib[/b]
04.02.2015 - 13:40
[b]Azərbaycan millisi üçün 16 yeni rəqib[/b]

Sabah püşkü atılacaq 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi yeni rəqiblərlə üz-üzə gələ bilər. Apasport.az saytının məlumatına görə, bu yarışda 1994-cü ildə debüt edən komandamız 11 ildə 28 rəqiblə qarşılaşıb.

 

Bunlardan biri Serbiya və Çernoqoriya yığması olub ki, hazırda iki komanda kimi iştirak edir. Bu üzdən həm Serbiyanı, həm də Monteneqronu tanış rəqib saymaq olar. Nəticədə 29 yığmanın millimiz üçün tanış olması qənaətinə gəlmək olar.

 

Meydan sahibi Polşa və yarışa qatılmayan Cəbəllütariq istisna olmaqla, 52 komandanın qatıldığı mərhələdə komandamızın 42 potensial rəqibi var. Bunlar E səbətində yer alan komandamızla düşə biləcək millilərdi.

 

U-21-in seçmə mərhələlərdə qarşılaşmadığı 24 millidən Kipr, Qazaxıstan, Latviya, Estoniya, Litva və Bolqarıstanla yenə eyni qrupa düşməyəcək. Buna səbəb onların eyni səbətdə olmasıdı. Cəbəllütariq seçmə mərhələyə qatılmayacağından, Ermənistan isə əsasnaməyə görə bizimlə eyni qrupda olmayacaq.

 

Əvəzində 16 yığma tarixində ilk dəfə seçmə mərhələdə komandamızla qarşılaşa bilər. A səbətində İspaniya, Çexiya, Danimarka, Hollandiya, B səbətində Rusiya, İsveçrə, Ukrayna, C səbətində Sloveniya, D səbətində Bosniya və Herseqovina, Gürcüstan,

Sonuncu – F səbətindən isə Şimali İrlandiya, Lüksemburq, Malta, San-Marino, Andorra, Lixtenşteyn yeni rəqib ola bilər.

 

Slovakiya

6

1

1

4

2-13

Makedoniya

4

2

1

1

3-2

Albaniya

4

1

2

1

4-4

İsrail

4

1

0

3

6-13

Norveç

4

1

0

3

3-5

Avstriya

4

0

1

3

1-9

İngiltərə

4

0

1

3

0-10

Polşa

4

0

1

3

2-11

Rumıniya

4

0

1

3

3-13

İtaliya

4

0

0

4

0-16

Portuqaliya

4

0

0

4

1-12

Uels

4

0

0

4

0-5*

İslandiya

2

2

0

0

3-1

Macarıstan

2

1

0

1

3-5

Belçika

2

0

1

1

3-6

Farer adaları

2

0

1

1

2-3

İsveç

2

0

1

1

0-5

Moldova

2

0

1

1

0-1

Şotlandiya

2

0

1

1

2-6

Almaniya

2

0

0

2

0-4

Belarus

2

0

0

2

2-4

Finlandiya

2

0

0

2

0-4

Fransa

2

0

0

2

0-10

Xorvatiya

2

0

0

2

2-4

İrlandiya

2

0

0

2

0-3*

Serbiya və Monteneqro**

2

0

0

2

0-5

Türkiyə

2

0

0

2

1-5

Yunanıstan

2

0

0

2

1-6

 

* - texniki nəticə top fərqində nəzərə alınmayıb

** - həmin vaxt Serbiya və Monteneqro vahid komanda kimi çıxış edirdi.