[b]Azərbaycan millisində 15 oyunçu[/b]
23.11.2015 - 11:30
[b]Azərbaycan millisində 15 oyunçu[/b]

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədilə bir araya gəlib.

 

Bu gün Bakıda start götürən toplanış noyabrın 29-da yekunlaşacaq. Millimizin baş məşqçisi Faustino Peres hazırlıqlara 15 oyunçu dəvət edib: Rövşən Hüseyni, Emin Kürdov, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Xətai Bağırov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre de Kampos, Eduardo Mello.

 

Qeyd edək ki, yığmamız dekabrın 10-da başlayacaq seçmə mərhələdə Xorvatiya, Belarus və İsveçlə mübarizə aparacaq.

 

Mənbə: affa.az