Sabah Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu rəqiblərin 9-cu dueli olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız postsovet məkanı təmsilçisi ilə indiyədək 8 dəfə üz-üzə gəlib.
Bu qarşılaşmalarda millimiz yalnız 1 dəfə qalib gəlib. Bu da 17 il əvvələ təsadüf edib. Həmin vaxt komandamız minimal hesabla qalib gəlmişdi.
Moldova yığması isə 3 dəfə qələbə qazanıb. Bunlardan biri də seçmə mərhələyə təsadüf edib. DÇ-2002-yə vəsiqələr uğrunda mübarizə aparan millilərin iki duelindən birində uduzan komandamız digərində 1 xalla kifayətlənmişdi. Digər 6 matç isə yoldaşlıq oyunu olub.
Baş tutan 8 görüşdə yığmamız cəmi 4 qol vurubsa, öz qapısından 7-ni buraxıb.
Matçların yarısında heç-heçə qeydə alınıb. Son üç matçda da qalib müəyyənləşməyib. Komandaların neytral meydanda baş tutan 5 il əvvəlki dueli rəqiblər arasında son matç olub.
DÇ-2002-nin seçmə mərhələsi
24 mart 2001. Bakı. Azərbaycan – Moldova - 0:0
1 sentyabr 2001. Kişinyov. Moldova – Azərbaycan - 2:0
Yoldaşlıq oyunları
2 sentyabr 1994. Kişinyov. Moldova – Azərbaycan - 2:1
22 mart 1998. Bakı. Azərbaycan – Moldova - 1:0
31 mart 2004. Kişinyov. Moldova – Azərbaycan - 2:1
9 fevral 2005. Bakı. Azərbaycan – Moldova - 0:0
18 may 2006. Kişinyov. Moldova – Azərbaycan - 0:0
26 may 2010. Seekirhen (Avstriya). Moldova - Azərbaycan - 1:1
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI