[b]Azərbaycan Premyer Liqasında XIX turun cədvəli açıqlandı[/b]
06.03.2018 - 12:24
[b]Azərbaycan Premyer Liqasında  XIX turun cədvəli açıqlandı[/b]

Topaz Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tura Gəncədə start veriləcək.

 

Turun ilk görüşündə “Kəpəz”lə “Qəbələ” qarşılaşacaq. İlk oyun günü “Neftçi” – “Keşlə” matçı ilə yekunlaşacaq.

 

Ertəsi gün “Səbail” – “Sumqayıt” qarşılaşması ilə başlayacaq. “Qarabağ”la “Zirə” arasında mərkəzi görüş martın 10-da saat 19:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XIX tur
9 mart (cümə)

15:00. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu


18:00. “Neftçi” – “Keşlə”
8-ci km qəsəbə stadionu


10 mart (şənbə)

17:00. “Səbail” – “Sumqayıt”
“Bayıl Arena”


19:00. “Qarabağ” – “Zirə”
“Azərsun Arena”