[b]Azərbaycan yığması İspaniya ilə qarşılaşacaq[/b]
13.11.2015 - 13:15
[b]Azərbaycan yığması İspaniya ilə qarşılaşacaq[/b]

Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının 2016/17 mövsümünün ilkin mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

 

Gələn il baş tutacaq mərhələ oyunlarında yığmamız 8-ci qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri isə İspaniya, Ukrayna və Latviya olacaq.

 

İlkin mərhələnin qarşılaşmaları gələn il sentyabrın 12-20 və ya oktyabrın 17-25-də baş tutacaq. Hər qrupda ilk 2 pillənin sahibi növbəti mərhələyə yüksələcək. Qrup üçüncüləri arasında ən yaxşı göstəriciyə malik yığma da mübarizəni davam etdirəcək.