[b]Azərbaycan yığmasının ən zəif rəqibləri[/b]
17.11.2015 - 13:04
[b]Azərbaycan yığmasının ən zəif rəqibləri[/b]

Azərbaycan milli komandasının bu gün qarşılaşacağı Moldova yığması FİFA reytinqində 154-cü pillədədi. Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 7-ci dəfə cədvəlin aşağı hissəsində qərarlaşanlarla matçda qüvvəsini sınayacaq.

 

209 komandanın yer aldığı siyahını 1-ci, 2-ci, 3-cü “50-liy”ə bölsək, sonuncu qrupda 59 yığma olur. Millimiz də tarixi ərzində 6 dəfə bu sonuncu qrupun üzvləri ilə görüşüb.

 

Həmin qarşılaşmalarda komandamız 3 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə uduzub. Yığmamızın tarixində ən zəif rəqibi 205-ci yerin sahibi olub.

 

Millimizin yoxlama oyunlarındakı ən zəif rəqibləri

24 iyun 1998. Tallin. BT. Andorra – Azərbaycan - 0:0 (185)
4 iyun 2008. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan - 1:2 (184)
27 fevral 2012. Dubay. YO. Azərbaycan – Hindistan - 3:0 (154)

29 fevral 2012. Dubay. YO. Azərbaycan – Fələstin - 0:2 (162)

30 may 2012. Frankfurt. YO. Azərbaycan – Andorra - 0:0 (205)

6 fevral 2013. Dubay. YO. Azərbaycan – Lixtenşteyn - 1:0 (154)